• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlk dərs günündə məktəbdə BIÇAQLANMA: 11-ci sinif şagirdi... - YENİLƏNİB

HADİSƏ

16 Sentyabr 2024 | 16:06

İlk dərs günündə məktəbdə BIÇAQLANMA: 11-ci sinif şagirdi... - YENİLƏNİB

Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün Goranboy rayon Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi ilə digər kənd sakini arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb: "Mübahisə zamanı şagird kənd sakininə xəsarət yetirib. Hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

***

13:42

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu şagird yoldaşı Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır.\APA


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026