• Bakı 19° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

12 yaşlı qız atasını GÜLLƏLƏDİ

DÜNYA

26 Sentyabr 2022 | 19:57

12 yaşlı qız atasını GÜLLƏLƏDİ

ABŞ-ın Texas ştatında 12 yaşlı qız rəfiqəsi ilə ailə üzvlərini və ev heyvanlarını öldürmək, sonra isə Corciyaya qaçmaq qərarına gəlib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qızlardan biri atasını güllələyib, onu qarnından yaralayıb, sonra isə özünü öldürmək istəyib. Qız küçədə başından güllə yarası ilə tapılıb. Atası və qızı xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə hələ məlumat verilmir.

Azyaşlının rəfiqəsi isə planını həyata keçirməyib. O, qətl məqsədilə cinayətkar sövdələşmədə ittiham olunur.

Parker vilayətinin şerif ofisi bildirib ki, qızlar həftələrdir qətli və qaçışı planlaşdırıblar. Onların motivləri hələ aydın deyil.


SON XƏBƏRLƏR

25 Aprel 2024