Bakıda 16 yaşlı qız itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəci ev 83, mənzil 22-də yaşayan Günay Əbilfəz qızı Mehdiyeva Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edib.
O, ərizəsində onunla eyni ünvanda yaşayan qızı, 2007-ci il təvəllüdlü Ayşə Yusif qızı Sessizin sentyabrın 26-da saat 13:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmadığı bildirib.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin sakini itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, itkin düşən şəxsin 12 yaşı var.
Belə ki, sözügedən qəsəbədə yaşayan 1986-cı il təvəllüdlü İmranova Səbinə İmran qızı sentyabrın 26-da Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan 2011-ci il təvəllüdlü oğlu Rzayev Fuad Əliyusif oğlunun 26.09.2023-cü il tarixdə saat 16 radələrində yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
















