• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

130 mln. manatdan çox ƏDV geri qaytarılıb

İQTİSADİYYAT

08 Oktyabr 2024 | 11:12

130 mln. manatdan çox ƏDV geri qaytarılıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 130 milyon 573,9 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Qeyd edilib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 16 milyon 462,6 min manatdan çox olub.


    SON XƏBƏRLƏR