• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

16 yaşlı qızı ərə verən ailədən daha bir addım - TƏFƏRRÜAT

CƏMİYYƏT

13 Mart 2023 | 16:55

16 yaşlı qızı ərə verən ailədən daha bir addım - TƏFƏRRÜAT

Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yeni təfərrüat bəlli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, ailə üzvləri iddiaları təkzib edərək ailənin digər övladının sənədini təqdim etməklə dövlət orqanlarına yanlış məlumat veriblər.

“Hazırda araşdırma davam etdirilir”, - açıqlamada qeyd olunur.

12:13

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov  bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

11:00

Azərbaycanda 16 yaşlı qız ərə verilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq. 
 


16 yaşlı qızı ərə verən ailədən daha bir addım - TƏFƏRRÜAT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026