• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tokayevin Azərbaycan səfəri: iki xalqın qardaşlığın təzahürü

SİYASƏT

25 Avqust 2022 | 16:32

Tokayevin Azərbaycan səfəri: iki xalqın qardaşlığın təzahürü

“Bildiyiniz kimi, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizdə rəsmi səfərdə olub. Ölkəmizin ictimaiyyəti kimi, sözsüz ki, mən də qardaş ölkə prezidentinin arzuolunan bu səfərini diqqətlə izlədim. Bu səfər sıradan bir dövlət rəhbərinin Azərbaycana səfəri deyil”.

Bunu Bakıvaxtı.az-a millət vəkili Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, bu səfər ortaq tarixə, mədəniyyətə, kökə, etnik mənsubiyyətə, eyni dinə və uzun əsrlər birgə yaşamış qardaş bir ölkənin dövlət başçısının səfəridir: 

“Qeyd etmək lazımdır ki, səfər müddəti qısa olsa da çox zəngin və mühüm proqramı var. Məhz dünən keçirilən görüşlərin yekunu kimi mətbuat konfransında dövlət başçılarının bəyanatlarından da bu səfərin önəmini və əhəmiyyətini görmək olar.  Azərbaycan və Qazaxstan arasında mövcud olan əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatda ildən ilə daha da güclənir. Münasibətlərin və əməkdaşlığın bu inkişafı haqda hər iki prezidentin bəyanatında da səsləndi. Belə ki,  mətbuat konfransında  prezident İlham Əliyev öz bəyanatında səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələləri qeyd edərək, regional təhlükəsizliklə bağlı məsələləri vurğulayaraq beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldığı və  çoxlu sənədlərin imzalandığını bildirdi”.

M. İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin bəyanatında bu səfər iki xalq arasında dostluğun və qardaşlığın təzahürü adlandırıldı:

“Bu qiymətləndirmə əslində  özlüyündə hər şeyi ifadə edir. Dövlətimizin başçısı imzalanmış sənədlərin arasında Qazaxıstanla Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamənin xüsusi əhəmiyyətə malik olduğunu və onun adının  sənədin əhəmiyyətinə dəlalət etdiyini bir daha vurğuladı. Onun dövlətlərimizin təkcə strateji tərəfdaş deyil, həm də müttəfiqlər olmasını bildirməsi də bütövlükdə ictimaiyyətdə böyük məmnunluq və yüksək  əhval-ruhiyyə yaratmışdı. Bu gün dünyada və bölgədə baş verən geosiyasi proseslər fonunda belə bir sənədin imzalanması tarixi nailiyyətdir. Bu mənada imzalanmış Bəyannamə Prezidentimizin ifadə etdiyi kimi, hər iki ölkə üzərinə xüsusi məsuliyyət qoyaraq, daima bu məsuliyyətə hazır olacağına əminliyini bildirdi. Bəyannamənin mətnində qeyd edildiyi kimi,  bu sənəddə ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətləri əks olunmuş və gələcək fəaliyyət üçün çox ciddi hüquqi bazadır”.

Deputat bildirib ki, Bəyannamənin iki ölkə arasındakı münasibətlərin yeni müstəvidə yeni mərhələsinin, həm də beynəlxalq arenada olan əməkdaşlığın inkişafının yol xəritəsidir:

“Prezidentimiz Azərbaycan və Qazaxstan arasında birgə imzalanmış bu sənəddə həm də Azərbaycanın könül coğrafiyamız olan Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafının da əks olunduğunu qeyd etdi. Bildiyimiz kimi, bu gün ölkəmizdə nəqliyyat-logistika sahələri üzrə çox möhtəşəm addımlar atılır. Bu baxımdan Azərbaycanla Qazaxstanı birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Xüsusi qeyd etmək lazımdır ki, Birgə Bəyannamədə Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Sözsüz ki, yaxın gələcəkdə inşası tamamlanacaq Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsi olacaq. Bildiyimiz kimi, qardaş Türkiyə, Özbəkistan və Qırğızıstan kimi ölkələr, eləcə də Qazaxstan da işğaldan azad olunmuş ərazilərdə öz maliyyə hesablarına bəzi layihələr həyata keçirirlər”.

M.İbrahimqızının sözlərinə görə, bu gün bütün dünya bilir ki, Azərbaycan Qarabağın quruculuğunu öz gücü ilə icra edir:

“Sözsüz, işğaldan azad edilmiş ərazilərdə qardaş ölkələrin töhfələri, eləcə də  Füzuli şəhərində Qazaxıstan hökumətinin, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü və bu təşəbbüsün gerçəkləşdirilməsi ictimaiyyət tərəfindən çox  qiymətləndirilir. Əlbəttə, belə layihələr xalqlarımız arasındakı mövcud dostluğun, qardaşlığın, həmrəyliyin rəmzidir. Prezidentimizin Qazaxıstanın ali ordeni  olan  “Altın kıran” ordeni ( “Qızıl qartal”)  ilə təltif etdilməsi bu səfərin ən unudulmaz anları kimi ümumtürk tarixinə yazılacaq.  Mətbuat konfransında prezidentimiz öz bəyanatında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti və Azərbaycanın Cənubi Qafqaz regionunda davamlı  və möhkəm sülh yaratmaq niyyəti haqqında da ətraflı məlumat verdi. O, ötən dövr ərzində istər Azərbaycanın ərazi bütövlüyünün, istərsə də dövlətimizin mövqeyinin dəstəklənməsində  Qazaxıstanın  beynəlxalq təşkilatlarda dəyişməz və prinsipial mövqeyi Azərbaycan xalqı tətəfindən minnətdarlıqla qarşıladığını da bildirib”.

Deputat qeyd edib ki, ümumiyyətlə, bu Bəyannamənin imzalanması həqiqətən də Qazaxıstan və Azərbaycanın təkcə sözdə deyil,  əməli işdə də strateji tərəfdaş və müttəfiq olduğunu sübut edir:

“Bir daha qeyd etmək istərdim ki,  qardaş Qazaxstanın Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri tarixi səfərdir. İstər imzalanan sənədlər, istərsə də mətbuat konfransında səsləndirilmiş bəyanatlarda da bu səfərin nə qədər mühüm və siyasi əhəmiyyətini göstərir. Onun çıxışında həm ölkəmizdə əldə edilən nailiyyətlər, həm bu nailiyyətlərin qazanılmasında Ulu Öndər Heydər Əliyevin xüsusilə də prezident İlham Əliyevin xidmətləri haqqında deyilən yüksək fikirlər hər bir azərbaycanlını qürurlandırır”. 

Deputat onu da bildirib ki, Tokayev xüsusi olaraq Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa etməsini  qeyd etdi:

“Cənab Tokayev 44 günlük Vətən Müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqları təhlil edərək möhtərəm prezidentimizin  bilavasitə səyləri ilə  Qarabağın və Şərqi Zəngəzurun dinamik inkişafını və regionun perspektivi baxımından Azərbaycanın çiçəklənən bir bölgə olacağını bildirdi. Tokayevin də xatırlatdığı kimi bu səfərin iki qardaş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş verməsi heç də təsadüf deyil. Bu mənada iki qardaş dövlət arasında strateji tərəfdaşlıq və müttəfiqlik barədə Bəyannamənin imzalanması xalqlarımızın və ölkələrimizin inkişafında yeni mərhələ olmaqla əməkdaşlığın genişləndirilməsi, şaxələndirilməsinə xidmət edəcəkdir. Bəyannamənin  vacib məqamlardan biri də tərəflərin bir-birinə olan qarşılıqlı  etimad və buna əsaslanan siyasi dialoqdur.  Azərbaycan və Qazaxstan beynəlxalq məkanlarda, ilk olaraq, BMT-də, ATƏT-də, Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq edirlər. Prezident Tokayevin öz bəyanatında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü yaxından dəstəkləməsi  bu iki Liderin şəxsi münasibətlərindən xəbər verir. Qeyd etmək istərdim ki, bu səfər və onun  yekunlarının ictimaiyyət tərəfindən  çox uğurlu olduğu bildirilir”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026