Yunanıstanın xarici işlər naziri Nikos Dendias "Twitter" səhvini düzəldib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İstanbul səfəri ilə bağlı "Twitter"dəki paylaşımlarında "Konstantinopol" yazan N.Dendias daha sonrakı tvitlərində "İstanbul" yazıb.
Yunanıstanın xarici siyasət idarənin başçısı sözügedən düzəlişi tvitində “Konstantinopol” adından istifadəsinə çoxlu şərhlər gəldikdən sonra edib.
Qeyd edək ki, Nikos Dendias İstanbul səfəri çərçivəsində Fənər Rum Patriarxlığında keçirilən dini mərasimə qatılıb və Patriarx Varfolomey ilə görüşüb.
Nuranə
















