• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Əsas versiyalar sui-qəsdin arxasında İranın durması üzərindədir

CƏMİYYƏT

29 Mart 2023 | 13:11

Əsas versiyalar sui-qəsdin arxasında İranın durması üzərindədir

“Baş verən sui-qəsd hadisəsi mtovindən asılı olmayaraq yolverilməzdir, pislənilməlidir. Xüsusilə də hadisənin Fazil Mustafanın aliləsinin yanında baş verməsi daha faicəlidir. Heç kim bundan sığortalanmayıb. Ona atılan güllə ailəsinə də zərər vura bilərdi. Şükür ki bütün bunlar baş vermədi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə sui-qəsdin motivləri barədə fikirlər səslənir. S.Əliyev qeyd edib ki, bütün bunlar təbiidir və lazımlıdır.

"Versiya nə qədər çox olsa motivi müəyyənləşdirmək, sifarişin arxasında kimlərin dayanmasını aşkarlamaq bir o qədər dəqiq olar. Çünki səhv versiya təhqiqatı düzgün olmayan istiqamətə yönəldə bilər. Qeyd etdiyim kimi versiyalar çox yazılıb, ona görə də öz fikrimi yazmaq istəmirəm. Onsuz da fərqli versiyam yoxdur. Sadəcə məni düşündürən bir məsələyə diqqəti yönəltmək istəyirəm. Əsas versiyalar sui-qəsdin arxasında İranın durması üzərindədir. Əslində belə şübhələnməyə əsaslar da var. Bu barədə kifayət qədər yazılıb".

S.Əliyev baş vermiş hadisəni London və Tehrandakı səfirliklərimizə hücumla eyni xəttə düzür:

"Yəni sifarişin eyni mənbədən gəldiyini düşünürəm. Bu mənbə haradır? İranmı? Emosional olaraq təsdiqləyə bilərəm, amma soyuq başla belə qənaətə gəlməyə tələsməzdim. Ən azı bir müddət. Daha dəqiqini araşdırmalar müəyyən edəcək”.

Ekspert bildirib ki, böyük ehtimalla real səbəb ictimaiyyətə açıqlanmayacaq:

“Diqqət yetirsək görərik ki, bu tip hadisələr baş verən kimi, İrana yönəlik tezislər işə düşür. Kimlərsə çalışır ki, hadisələrin arxasında İranın durması rəyi cəmiyyətdə hakim olsun. İrandakı hadisədə polis müdaxilə etmədi, bəs Londandakı polisin hərəkətsizliyinə necə qiymət verək? Niyə Kalaşnikov (Rusiya)? Yəni suallar çoxdur?

Hər bir halda hadisənin baş verməsini pisləməklə, Fazil bəyə dəstəyimi ifadə etməklə yanaşı real motivin üzə çıxarılmasının tərəfdarıyam. Hər şey emosional yox, soyuq başla edilməlidir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR