• Bakı 26° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“20 Yanvar” dairəsi tıxacda “boğulur”

CƏMİYYƏT

14 Aprel 2022 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

“20 Yanvar” dairəsi tıxacda “boğulur”

Paytaxtın daha çox tıxac olan ərazilərindən biri də “20 Yanvar” dairəsi ərazisidir. Yolu həmin istiqamətə düşən şəxs bir də o tərəfə getmək istəmir. Çıxış yolu nədi? Ümimiyyətlə, Bakının tıxac dərdinə necə dərman tapmaq olar?

Nəqliyyat eksperti Eldəniz Cəfərovun Bakıvaxtı.az-a dediyinə görə, “20 Yanvar” dairəsi ərazisindəki yollarla bağlı hansısa dövlət qurumu bir neçə il əvvəl elan etmişdi ki, həmin ərazidə yol hərəkəti iştirakçılarının rahatlığı üçün müəyyən layihələr hazırlanıb, xarici şirkətlərlə müzakirələr aparılıb: “Həmin ərazidə müəyyən səliqə-sahman yaradılmalı idi. Təəssüf ki, bu iş hələ görülmür və yaxud görülə bilmir. Amma həmin ərazidə avtomobillərin nizamsız, qanunsuz parklanmasına görə tıxaclar yaranır. Avtobus dayanacaqlarına yaxın ərazilərdə taksi sürücüləri, fərdi avtomobil sahibləri park edirlər. Bu da müəyyən tıxaclara səbəb olur”.

Onun sözlərinə görə, eyni zamanda, sərnişinlərin həmin ərazidə piyada keçidi olmayan yerlərdən yol keçmələri də müəyyən ləngimələrə və avtomobil tıxaclarının yaranmasına səbəb olur. Ekspert hesab edir ki, orda xüsusi növbəli nəzarətetmə olmalı və yolu nəzərdə tutulmayan yerdən keçən piyadalar, orada avtomobil saxlayan sürücülər cərimələnməlidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR