ABŞ ordusu 2015-ci ildən bəri 23 mindən çox Ukrayna əsgərinə təlim keçib.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ generalı Co Hilbert bildirib.
"Bu missiyanın əvvəlindən 2022-ci ilin yanvarına qədər biz 17 müxtəlif batalyondan, 11 müxtəlif briqadadan 23 mindən çox ukraynalı əsgərə təlim keçmişik", - Hilbert Pentaqonda keçirdiyi brifinqində deyib.
O qeyd edib ki, ABŞ 2015-ci ildən ukraynalıların təlimində iştirak edir.
















