Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovla təcili görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kadırov özü məlumat verib.
“Biz bir sıra məsələləri ətraflı müzakirə etdik. Son görüşümüzdən bəri qalan çoxlu müxtəlif mövzular, o cümlədən problemli mövzular ətraflı müzakirə olunub”, - Kadırov vurğulayıb.
















