Türkiyənin paytaxtı Ankarada altı sahibsiz it yeniyetmə oğlana hücum edib.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərdən biri olayı anbaan telefonu ilə çəkərək ictimailəşdirib.
Görüntülərdən də aydın görünür ki, təşvişə düşən uşaq sağa-sola qaçaraq itlərin əlindən xilas olmağa çalışır.
















