İranın Ərdəbil əyalətində 30 şagird dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Mərkəzi məlumat verib.
Məlumata görə, bu gün Ərdəbilin Fərzəngən məktəbinin 30 şagirdi dəm qazından zəhərlənib.
Şagirdlər xəstəxanaya yerləşdirilib.
















