• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu

DÜNYA

29 Iyul 2024 | 12:01

5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu

ABŞ-nin Cənubi Karolina ştatında yaşayan cütlük lotereyadan 200 000 dollar dəyərində cek-pot udub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, adlarının açıqlanmasını istəməyən cütlük əvvəl 5 dollara billet alıb.

Daha sonra qadın biletin uduşa düşməyəcəyini ehtimal edərək onu zibilə atıb. Bu an o bilməyib ki, onların həyatını dəyişən mükafata az qalıb.

Daha sonra əri qadına zəng edərək çıxan rəqəmlərin lotereya biletindəki rəqəmlərlə eyni olduğunu bildirib.

Onlar zibillikdən 200 000 dollarlıq lotereya biletini tapıblar.

Məlumat üçün bildirək ki, cütlük "Double Sided Dollars Extra Play"dən lotereya bileti alıb. Bu lotereyada belə bir cekpotun qazanılma şansı çox azdır.BAKU.WS


SON XƏBƏRLƏR

07 Sentyabr 2024