• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

6 ayda 90 dəfə peyvənd olundu və...

DÜNYA

06 Aprel 2022 | 00:54 | Müəllif: Qalib İbrahimoğlu

6 ayda 90 dəfə peyvənd olundu və...

Almaniyanın Maqderburq şəhərinin 60 yaşlı sakini 6 ay ərzində 90 dəfə kovidə görə peyvənd olunub. O, bunu kovid sertifikatı almaq üçün etdirib.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, kişi Saksoniyada vaksin mərkəzlərini bir-bir gəzərək peyvənd olunub, əldə etdiyi sertifikatları isə satmaq istəyib.

Növbəti dəfə peyvənd üçün eyni məntəqəyə 2 dəfə gələn şəxs polis tərəfindən saxlanılıb.

Onun üzərindən onlarla vaksin kartı aşkarlanıb. Məlum olub ki, o hər dəfə peyvənddən yeni sənədlərlə keçibmiş.

Əldə olunan məlumata görə, çoxsaylı immunlaşdırmada məqsəd sonradan kovid sertifikatlarını vaksin əleyhdarlarına pulla satmaq olub.

Həkimlər 90 dəfə kovid vaksini olunmuş şəxsi yoxlayıb, onun sağlığında heç bir ciddi dəyişiklik aşkarlanmayıb.

İş üzrə cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026