• Bakı C

    11.53 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

60 min hektar meşə ermənilər tərəfindən məhv edilib - Prezident

SİYASƏT

28 Mart 2023 | 14:09

60 min hektar meşə ermənilər tərəfindən məhv edilib - Prezident

"Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

    Prezident qeyd edib ki, bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb: "Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər".

    İlham Əliyev bildirib ki, bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

    "Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.


    SON XƏBƏRLƏR

    18 Mart 2024