• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qarabağ ermənilərinin iki seçimi var: ya şərtləri qəbul etməli, ya da... - AÇIQLAMA

SİYASƏT

27 Aprel 2023 | 13:53 | Müəllif: Qalib İbrahimoğlu

Qarabağ ermənilərinin iki seçimi var: ya şərtləri qəbul etməli, ya da... - AÇIQLAMA

“Ciddi və önəmli siyasi, geosiyasi proseslərin içindən keçirik. Azərbaycan dövləti istər ölkə tarixi, istərsə də dünya tarixi üçün önəmli olan məsələlərə imza atır”.

Bunu bakıvaxtı.az-a siyasi sərhçi Mübariz Göyüşlü bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurması əhəmiyyətli proseslərdən biridir. Onun sözlərinə görə, bu məsələdə Fransa, ABŞ, Kanada və ya digər dövlətlərin, təşkilatların etirazları ciddi bir məsələ deyil.

“Əlbəttə, könül istərdi ki, bu dövlətlər haqqın, ədalətin yanında olsun. Lakin biz Fransanın, Kanadanın qərəzli yanaşmalarına, ədalətsiz bəyanatlarına alışmışıq. Artıq bizdə obrazlı desək, buna qarşı immunitet yaranıb. Ermənilərin bundan sonra atmalı olduğu addımlar sülh müqaviləsinin imzalanmasına köklənməlidir”.

Qarabağdakı separatçı ermənilərə gəldikdə isə, müsahibimiz qeyd edib ki, onlar üçün iki yol var: Azərbaycanın şərtlərini qəbul etməli və xalqımıza qarşı terror törədənlər qanun qarşısında cəzalandırılmalıdır: “Əks halda, onlar Azərbaycan ərazisini tərk etməlidirlşər. Necə deyərlər, rədd olub getməlidirlər. Separatçılara qarşı Qarabağdakı sıravi mülki ermənilər etiraz səslərini ucaltmalıdırlar və Azərbaycan qanunları ilə yaşamağa razılaşmalıdırlar”.

“Bütün bu məsələlər geriyədönməz hərəkətdir. Paşinyan bu cür çalışmalar həyata keçirə bilsə, ciddi müsbət nəticələr əldə olunacaq”, deyə Mübariz Göyüşlü vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026