• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

62 yaşlı kişi qayadan yıxılaraq ölüb

HADİSƏ

08 Aprel 2025 | 09:27

62 yaşlı kişi qayadan yıxılaraq ölüb

Yardımlı rayonunda kişi qayadan yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Peştəsər kənd sakini, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb.

Nəticədə Ədalət Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 62 yaşlı kişi ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Aprel 2025