Abşeron rayonunda yıxılaraq başından zədə alan 66 yaşlı qadın ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Saray qəsəbəsi sakini, 1959-cu il təvəllüdlü Şəfiqə Rüstəm qızı Allahverdiyeva yaşadığı fərdi evdə yıxılaraq başından xəsarət alıb.
Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 


