• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

7 günlük Novruz tətili başladı

CƏMİYYƏT

20 Mart 2024 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

7 günlük Novruz tətili başladı

Bu gündən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftəlik qeyri-iş günü başlayır.

Bakıvaxtı.az xəbər verir ki, dünən -martın 19-da Azərbaycan xalqı sonuncu çərşənbə olan Torpaq çərşənbəsini qeyd etdi. Bu gün və sabah isə Azərbaycanda rəsmi Novruz bayramı günüdür.

Bu gün Bahar fəslinin başlaması ilə birgə 7 günlük tətil də başlayır.

Qeyd edək ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.

Qeyd edək ki, Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026