• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

75 mindən çox abituriyent ərizəsini TƏSDİQLƏYİB

CƏMİYYƏT

26 Fevral 2025 | 12:17

75 mindən çox abituriyent ərizəsini TƏSDİQLƏYİB

Fevralın 20-dən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın Dövlət İmtahan Mərkəzinin portalından əldə etdiyi məlumata görə, indiyədək 77 mindən çox abituriyent qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyənlərin 68 minə yaxın Azərbaycan bölməsi üzrə, 8 minə yaxın rus bölməsi üzrə qeydiyyatdan keçib (ümumilikdə 75 mindən çox).

11 illik təhsil bazasında kolleclərə sənəd verənlərin ümumi sayı isə 67 mindən çoxdur.

Elektron sənədlərin qəbulu 1 həftə sonra, martın 5-də başa çatır. Ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026