• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

83 ağacı kəsənlərə cinayət işi açıldı

HADİSƏ

27 Fevral 2025 | 12:35

83 ağacı kəsənlərə cinayət işi açıldı

Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, keçirilən tədbirlərlə həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.

Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər vurulması müəyyən olunub.

Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026