• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

85 yaşlı qadın quyuya düşdü - VİDEO

CƏMİYYƏT

01 Noyabr 2023 | 15:26

85 yaşlı qadın quyuya düşdü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR