İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Bakıvaxtı.az xəbər verir ki, “Leççe”nin mətbuat xidməti baş məşqçi Luka Qotta ilə yolların ayrıldığını açıqlayıb.
Onun komandası XII turun “Empoli” ilə ev oyununda qələbə qazana bilməyib – 1:1. Bu heç-heçədən sonra 9 xala malik komanda 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qotti bu ilin martından “Leççe”ni çalışdırırdı. idman.biz