• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“ABAD” məhsulları Yaponiyada sərgidə təqdim edildi - FOTOLAR

CƏMİYYƏT

29 Iyun 2022 | 10:22

“ABAD” məhsulları Yaponiyada sərgidə təqdim edildi - FOTOLAR

“ABAD” publik hüquqi şəxs ilk dəfə olaraq Yaponiyada “Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, sərgi Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda üç gün ərzində (22–24 iyun 2022-ci il) keçirilib.

“ABAD” məhsulları sərgidə Yaponiyanın “TET International Development Co.LTD” şirkətinin dəstəyi ilə təqdim olunub. Burada “ABAD”çıların istehsal etdiyi cürbəcür təbii əzmələri, yağları, ədviyyatları, balları, spirtli içkiləri, sousları, unları və s. məhsulları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bundan başqa, sərgidə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan digər yüksəkkeyfiyyətli, xüsusi orqanik məhsulları Asiya regionunun şirkətlərinə təklif olunub.

Qeyd edək ki, “JFEX-2022” beynəlxalq sərgisi Asiya regionunun qida məhsulları və içkilər üzrə ən böyük sərgilərindən biri hesab edilir. 

Ramid İbrahimov 


“ABAD” məhsulları Yaponiyada sərgidə təqdim edildi - FOTOLAR“ABAD” məhsulları Yaponiyada sərgidə təqdim edildi - FOTOLAR“ABAD” məhsulları Yaponiyada sərgidə təqdim edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026