• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

ABŞ Azərbaycana daha 6 minaxatran it verdi

GÜNDƏM

30 Avqust 2023 | 14:22 | Müəllif: Subhan Mahmudov

ABŞ Azərbaycana daha 6 minaxatran it verdi

ABŞ-dan Azərbaycana minaxatran itlər gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.

"ABŞ tərəfindən maliyyələşdirilən "Marshall Legacy" (MLİ) QHT tərəfindən təqdim edilən daha altı minaaxtaran it bu yaxınlarda Azərbaycana gətirilib. Bu yeni ianə xüsusi əhəmiyyət kəsb edir, çünki bununla MLİ-nin minalardan zərər çəkmiş ölkələrə verdiyi itlərin sayı 300-ə çatır. Verilən itlərin 81-i yalnız Azərbaycana göndərilib. Boka, Byanka, Flex, Lex, Stela və Tiger Pride II ANAMA ilə birlikdə əhəmiyyətli işlərə başlayır!" - paylaşımda qeyd olunub.


ABŞ Azərbaycana daha 6 minaxatran it verdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026