• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

ABŞ bu ölkəyə 1,1 milyardlıq silah verir

DÜNYA

03 Sentyabr 2022 | 12:40 | Müəllif: Subhan Mahmudov

ABŞ bu ölkəyə 1,1 milyardlıq silah verir

ABŞ Dövlət Departamenti Tayvana ümumi dəyəri 1 milyard 106 milyon dollar olan silah satışına icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Tayvana 3 müxtəlif silah paketi təqdim olunacaq.

Konqresə göndərilən bildirişdə vurğulanıb ki, Tayvanın Müşahidə Radar Proqramı üçün 665,4 milyon dollar dəyərində logistik dəstək satışı təsdiqlənib.

Bundan başqa, 60 ədəd “Harpun” gəmi əleyhinə raket və lazımı avadanlıqlar üçün 355 milyon dollarlıq satış paketi ilə birgə, F-16-larda istifadə olunan 100 ədəd “AIM-9X Blok-II Sidewinder” raketi üçün də 85,6 milyon dollarlıq satış paketi təsdiq olunub.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026