• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ-də miqrant ölümləri: 2 il ərzində 10 dəfə...

DÜNYA

15 Oktyabr 2024 | 15:55 | Müəllif: Əli Hüseynov

ABŞ-də miqrant ölümləri: 2 il ərzində 10 dəfə...

ABŞ-nin Nyu Meksiko ştatında ABŞ-Meksika sərhədi yaxınlığında miqrant ölümləri son 2 ildə 2019 və 2020-ci illərlə müqayisədə 10 dəfə artıb.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, 2024-cü ilin ilk səkkiz ayında əksəriyyətinin Meksika və Mərkəzi Amerikadan gəldiyi təxmin edilən 108 immiqrantın cəsədi Nyu Meksiko sərhədi yaxınlığında tapılıb.

Məlumatda bu ölümlərin yarıdan çoxunu 20-29 yaş arasında qadınların təşkil etdiyi, 2023-cü ildə Nyu Meksikoda 113 immiqrantın cəsədi tapıldığı halda, bu rəqəm 2020-ci ildə 9, 2019-cu ildə isə 10 olduğu qeyd edilib.

Sözügedən illərlə müqayisədə son 2 ildə immiqrant ölümləri 10 dəfə artıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026