• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirməyi planlaşdırır

DÜNYA

30 Yanvar 2022 | 02:20 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirməyi planlaşdırır

Pentaqonun rəhbəri Lloyd Ostin hipersəs silahlarının hazırlanmasının sürətləndirilməsi məqsədilə nəhəng müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Bakıvaxtı.az-ın APA-ya istinadla xəbərinə görə. dəvət olunanlar arasında “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing”, “Leidos”, “Aerojet Rocketdyne”, “BAE Systems”, “L3Harris” və daha 6 şirkətin nümayəndələri iştirak edəcək.

Danışıqlara L.Ostinin müavini Ketlin Hiksin sədrlik edəcəyi gözlənilir. Pentaqon rəhbəri isə əvvəlcə qısa çıxış edəcək.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya Aerokosmik Qüvvələrində “Kinjal” hipersəs raketləri ilə təchis edilmiş “MiQ-31K” qırıcılarından ibarət ayrıca aviasiya polku möbcuddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026