• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

ABŞ-ın mətbəxində hazırlanan plan: HƏMAS tora düşdü

SİYASƏT

03 Noyabr 2023 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-ın mətbəxində hazırlanan plan: HƏMAS tora düşdü

"Qəzzada baş verən proseslər İsrailin planlaşdırdığı istiqamət üzrə gedir və bu plan başqa mətbəxlərdə - konkret ABŞ-nin mətbəxində hazırlanıb".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

Professor bildirib ki, HƏMAS tora düşdü və birmənalı şəkildə bu oyuna getdi. Onun fikrincə, məqsəd ABŞ və İsrailin Yaxın Şərqdə mövqelərini daha da möhkəmləndirmək və İranı yeni müharibəyə çəkməkdir: “Çünki ABŞ-ın İranın parçalanması ilə bağlı planı var. Vaşinqton bu oyunun həm təsisçisi, həm də iştirakçısıdır”.

Cümşüd Nuriyevin sözlərinə görə, Benyamin Netanyahu da kifayət qədər qeyri-adi fiqurdur. Netanyahu ölkədəki daxili narazılığı başqa bir müstəviyə keçirməyi bacardı: “Digər dövlətlərin nə deməsi Tel-Əvivi maraqlandırmır. Onsuz da dünyada ədalət yoxdur. Ukraynada Vladimir Zelenskinin aldanması kimi HƏMAS da tora düşdü və o tordan çıxa bilmir. İsrail yerüstü əməliyyatı sona qədər davam etdirəcək. Çalışacaq ki, HƏMAS və digər qruplaşmaların sonuna çıxsın. Hər münaqişədən sonra İsrail Fələstinin əlində olan torpaqların bir hissəsini də qoparır. Bu dəfə də elə olacaq".

Cümşüd Nuriyev: Hər münaqişədən sonra İsrail Fələstinin əlində olan torpaqların bir hissəsini də qoparır

Müsahibimiz vurğulayıb ki, Türkiyənin narahatlığını həm anlayır, həm də anlamır: "Türkiyənin özünün problemləri kifayət qədərdir. Qardaş ölkədə küçələrə çıxanların bəziləri deyir ki, mehmetcik İsrailə qarşı vuruşsun. Türkiyədə fələstinlilər çoxdur, niyə gedib öz vətənləri üçün savaşmırlar? Qəzzadan kənarda 6 milyon fələstinli var və onların 3 milyonu Türkiyədədir. Niyə sakit qalıblar? Türkiyəni oyuna çəkmək istəyirlər. Türkiyədə daxili gərginliyi azaltmaq üçün mitinq təşkil olundu və müəyyən çıxışlar edildi. Hesab edirəm ki, ümumiyyətlə, Türkiyədə daxili gərginliyi azaltmaq üçün Suriya və Fələstindən gələn ərəblər geri qaytarılmalıdır. Orada cübbəlilərin, saqqallıların hakimiyyətinə yol vermək olmaz. Əks halda Türkiyə qazandığı bütün uğurları itirə bilər".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR