• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Zəngəzur dəhlizi mümkün deyil - Musəvi

SİYASƏT

02 Dekabr 2023 | 21:52 | Müəllif: Subhan Mahmudov

Zəngəzur dəhlizi mümkün deyil - Musəvi

Hamı anlayır ki, “Zəngəzur dəhlizi” ideyasını həyata keçirmək mümkün deyil.

Bakıvaxtı.az “Pars Todey”ə istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib.

“Hamı etiraf etdi ki, “Zəngəzur dəhlizi” kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir”, - deyə o bildirib.

O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb.

İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026