• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ-nin mərkəzində daşqınlar: 16 nəfər ölüb

DÜNYA

06 Aprel 2025 | 09:08 | Müəllif: Subhan Mahmudov

ABŞ-nin mərkəzində daşqınlar: 16 nəfər ölüb

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.

Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.

Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026