• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ səfirliyi erməni təxribatını ifşa etdi

DÜNYA

08 Yanvar 2024 | 19:56 | Müəllif: Subhan Mahmudov

ABŞ səfirliyi erməni təxribatını ifşa etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərə dair əsassız və yalan məlumatları ifşa edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı səfirlik sosial şəbəkə hesabında açıqlama yayıb.

"Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-nin Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir", - açıqlamada bildirilir.

Qeyd edək ki, Ermənistan KİV iddia edir ki, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb.

Diplomat isə hazırda ABŞ-dədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026