• Bakı 27° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

ABŞ Yaponiyada təlim uçuşu zamanı PUA-sını itirdi

DÜNYA

09 Dekabr 2023 | 00:15

ABŞ Yaponiyada təlim uçuşu zamanı PUA-sını itirdi

ABŞ-yə məxsus hərbi pilotsuz uçan aparat (PUA) Yaponiyada təlim uçuşu zamanı itib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“ABŞ hərbi pilotsuz uçan aparatı poliqonda təlim zamanı yoxa çıxıb”,- deyə məlumatda qeyd olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, üç metrlik PUA Şizuoka prefekturasında məşhur Fuci vulkanı yaxınlığındakı Hiqasi-Fuci poliqonunda yoxa çıxıb.

“Hazırda hadisə nəticəsində dəymiş ziyanla bağlı məlumat yoxdur”, - materialda deyilir.

Yaponiya Müdafiə Nazirliyinində cihazın güclü külək səbəbindən sınaq meydançasından kənara getməsini ehtimal edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026