• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Abşeron sakini Qubada qadının qumbara atdı

HADİSƏ

13 Dekabr 2022 | 13:13 | Müəllif: Qalib İbrahimoğlu

Abşeron sakini Qubada qadının qumbara atdı

Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026