Abşeronda ikimərtəbəli ev yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, yanğın rayonun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin dam örtüyünə çəkilən şüşə-pambıqdan ibarət izolyasiya qatı və çardağına yığılan ev əşyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















