• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Afrikada qazılan su quyusuna Borçalı adı verildi - VİDEO

CƏMİYYƏT

26 Iyul 2022 | 15:38 | Müəllif: Qalib İbrahimoğlu

Afrikada qazılan su quyusuna Borçalı adı verildi - VİDEO

Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.

O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb və bu ilin avqustunda 4-cü quyunun da açılması üçün vəsait göndərilib.  

Minurə Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək. 

Minurə gördüyü nəcib və humanist işləri barədə Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına danışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026