• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağdamda ağır yol qəzası - ölən və xəsarət alanlar var

HADİSƏ

20 Fevral 2025 | 11:09

Ağdamda ağır yol qəzası - ölən və xəsarət alanlar var

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itərərək aşıb.

Nəticədə İlyas Allahyar oğlu Allahverənov hadisə yerində ölüb. Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Zakir oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Arzu oğlu Əmənov və 1991-ci il təvəllüdlü Amik Rafiq oğlu Cəfərov ağır xəsarət alaraq təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026