• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qanunsuz odlu silah aşkarlandı: Saxlanılan var

HADİSƏ

22 Mart 2025 | 10:26

Qanunsuz odlu silah aşkarlandı: Saxlanılan var

Ağdamda polisin keçirdiyi əməliyyat zamanı daha bir şəxsdən avtomat silahı aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb.

Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR