• Bakı 17° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Sərnişin avtobusu yük maşını ilə toqquşdu - 7 ölü

HADİSƏ

21 Aprel 2025 | 09:10

Sərnişin avtobusu yük maşını ilə toqquşdu - 7 ölü

Tailandda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, avtobus Tayland körfəzinin şərq sahilindəki Rayonq kurort şəhərindən krallığın şimal-şərqindəki Nonqhay şəhərinə gedirmiş.

Aprelin 21-də yerli vaxtla saat 01:40-da Banqkok yaxınlığındakı Praçinburi əyalətində baş verən qəzadan sonra yanğın başlayıb və nəqliyyat vasitəsi külə dönüb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır.


SON XƏBƏRLƏR

20 Aprel 2025