• Bakı 23° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı 

CƏMİYYƏT

22 Iyun 2026 | 19:44

Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı 

Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb.

Baıvaxtı.az xəbər verir ki, hadisə rayonun Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Ərazidə fəaliyyət göstərən şirkət tərəfindən aparılan qazıntı işləri zamanı aşkar olunan qalıqlarla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Məlumat əsasında hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və aşkarlanan qalıqlara ilkin baxış keçirilib.

Qalıqların mənşəyinin və kimə məxsus olmasının müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR