• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ağdaş sakinindən "patı" və tramadol götürülüb

CƏMİYYƏT

28 Iyul 2021 | 10:42

Ağdaş sakinindən "patı" və tramadol götürülüb

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik 50 ədəd “Tramadol” həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026