• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ağdaşda ağır qəza: yaralı var

CƏMİYYƏT

23 Avqust 2021 | 21:05 | Müəllif: Subhan Mahmudov

Ağdaşda ağır qəza: yaralı var

Bakı-Qazax magistral yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən 260-cı kilometrliyində avtonəqliyyat qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə sərnişin daşıyan “Ford”, VAZ 2106 və yük daşıyan “Ford” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Şəmkir sakini Murad Əliyevin idarə etdiyi yük daşıyan “Ford” eyni istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü Gədəbəy sakini Şöhrət İsmayılovun idarə etdiyi sərnişin daşıyan “Ford” mikroavtobusu və VAZ 2106 ilə toqquşub. Nəticədə VAZ 2106-nın sürücüsü yaralanıb və xəstəxanaya aparılıb. Zərbənin təsirindən VAZ 2106 yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR