• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağdaşda qadın əməliyyatdan iki gün sonra ÖLDÜ - YENİLƏNİB

HADİSƏ

20 Fevral 2025 | 11:37

Ağdaşda qadın əməliyyatdan iki gün sonra ÖLDÜ - YENİLƏNİB

Ağdaşda əməliyyatdan iki gün sonra vəfat edən qadının ölüm səbəbi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

17.07.2025-ci il tarixində saat 10:00 radələrində 1982-ci il təvəllüdlü şəxs (qadın cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ona öd daşı xəstəliyi diaqnozu təyin edilib və xolesistektomiya əməliyyatı icra edilib.

Keçirilən əməliyyatdan sonra pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib.

19.02.2025-ci il tarixində pasiyentin vəziyyəti anidən pisləşdiyi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq, 19.02.2025-ci il saat 09:45-də şəxsin ölüm faktı qeydə alınıb.

***

09:35

Ağdaş rayonunda qadın əməliyyatdan iki gün sonra ölüb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Ağdaş rayonu Şəmsabad kənd sakini, 1982-ci il təvəllüdlü Bilalova Şəlalə fevralın 17-də öd daşı xəstəliyindən rayon xəstəxanasında əməliyyat olunub.

Dünən halı pisləşən qadın dünən ölüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026