• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Ağstafada yeniyetmə bıçaqlanıb - YENİLƏNİB

HADİSƏ

20 Sentyabr 2024 | 17:33

Ağstafada yeniyetmə bıçaqlanıb - YENİLƏNİB

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A. Paşşanovun kəsici alətlə kürək nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E. İbrahimlin törətməsi məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ***

    17:01

    Ağstafada bıçaqlanma hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 2009-cü il təvəllüdlü A.Paşalı bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

      Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 


      SON XƏBƏRLƏR

      20 Sentyabr 2024