• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Aİ 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək

DÜNYA

15 Dekabr 2023 | 21:22 | Müəllif: Subhan Mahmudov

Aİ 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək

Avropa İttifaqı 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Kiyevə 2027-ci ilə qədər maliyyə yardımı proqramının razılaşdırılması planlaşdırılır.

Söhbət 50 milyard avronun ayrılmasından gedir, - Aİ-nin Brüsseldə keçirilən iki günlük sammitinin yekunlarına dair mətbuat konfransında Avropa Şurasının rəhbəri Şarl Mişel qeyd edib.

“26 ölkə Ukraynaya yardım proqramını dəstəklədi. Ancaq qərar qəbul etmək üçün 26 sayı kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin xüsusi sammiti olacaq”, - Mişel izah edib.

Bundan əvvəl Belçikanın baş naziri Avropa İttifaqından Ukraynaya uzunmüddətli maliyyə yardımının razılaşdırılmasının vaxtını açıqlamışdı. Təsdiq üçün həftələr lazım olacaq, Alexander De Croo demişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026