• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Aksiz markası olmayan siqaretlər aşkar edilib

CƏMİYYƏT

03 Oktyabr 2024 | 17:36 | Müəllif: Əli Hüseynov

Aksiz markası olmayan siqaretlər aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri ərazisində aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən, qeydiyyatda olduğu fərdi yaşayış evindən və ofisindən Azərbaycan aksiz markası ilə markalanmayan 142 min 380 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR