• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

ŞOU

23 Sentyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

"Aktyor Rəşad Səfərovun halı günorta saatlarında, dərs vaxtı qəfildən pisləşib. Buna səbəb şəkərinin 400-ə qədər qalxması olub".

Bakıvaxtı.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf deyib.

"Rəşad müəllimin şəkəri var. Həyat yoldaşı ilə danışdım, bildirdi ki, ürəyində küt ağrılar hiss edib və huşu özündə olmayıb. Xəstəxanaya uşaqları aparıblar. Hazırda müalicə alır. İki-üç gün həkim nəzarətində olmalıdır. Sistem köçürülür. İlkin diaqnoz ürəyi ilə bağlı problemdir - oksigen çatışmazlığı var", - deyə S.Əşrəf bildirib.

 

***22 sentyabr, 23:41

Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az primetime.az-a istinadla xəbər verir ki, o, dərs zamanı səhhətində yaranan problem səbəbi ilə yerə yıxılıb.

İlkin məlumata görə, aktyorun xəstəxanaya ürək çatışmazlığından aparıldığı bildirilib.

Hazırda onun vəziyyətinin orta ağır olduğu qeyd edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026