• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edildi

DÜNYA

06 Noyabr 2023 | 23:12

Aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edildi

Pakistanın Federal Təhqiqat Agentliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Ravalpindi şəhərində mənzildə bağlı qalmış 4 qadın və 3 uşağı xilas edib.

Bakıvaxtı.az xəbər verir ki, qadınlar Azərbaycan əsillidir. Onlar bu ölkəyə iş adı altında gətiriliblər. Qadınların cinsi istismar olunduqları bildirilir.

Məlumata görə, onlar Pakistana müddəti bitmiş viza ilə gəliblər və orada qeyri-qanuni yaşayıblar. Reyd zamanı qadınların pasportları da götürülüb.

İnsan Alverinə Qarşı Mübarizə Departamenti üç insan alverçisinə qarşı cinayət işi açıb.

Qeyd edilir ki, hazırda cinayətkarların saxlanılması üçün xüsusi qrup yaradılıb və müxtəlif ərazilərdə əməliyyatlar keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026