• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var" - Nazir

CƏMİYYƏT

17 Aprel 2023 | 14:15

"Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var" - Nazir

"Son illər təhsildə keyfiyyət mədəniyyətinə keçid əsas hədəflərdən biridir. Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var. Universitetlərin reytinq siyahılarında irəliləməsi əsas hədəflərdəndir".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətlərinin Avropa Ali Təhsil məkanında Keyfiyyət üzrə Standart və Təlimatlara" həsr olunan kollegial məşvərət iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, reytinq önəmli olsa da, heç də həmişə əsas olmur: "Başa düşməliyik ki, reytinqlərin formalaşması bir neçə məqamdan asılıdır. Əlimizdə olan statistikaya baxanda 2026-cı ilə qədər bu yolu getmək çağırışlı görünür. Bu da öz növbəsində ali təhsil müəssisələrində proses dəyişikliklərinə gətirib çıxarmalıdır.

Ali təhsilin daha əlçatan olması məhz keyfiyyət göstəricilərinə uyğun olaraq yeni maliyyələşmə mexanizminə əsaslanır. Ali təhsil islahatları istiqamətində gedəcəyimiz yolda universitetlərə muxtariyyət verilməsi artacaq".

E.Əmrullayev əlavə edib ki, həm Azərbaycanda, həm də Avropada keyfiyyət təminatı sahəsində fərqli yanaşmalar var: "Eyni olmasa da, uyğunlaşdırılmış model tədbiqi ölkəmizdə də həyata keçiriləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026